Modern.az

Ərdoğan faciə baş verən əraziyə gedib

Ərdoğan faciə baş verən əraziyə gedib

Təhsil

14 May 2014, 16:07

 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kömür mədənində baş verən faciə ilə bağlı Manisa vilayətinin Soma qəsəbəsinə gəlib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi təyyarə “DAP” ilə Ankaradan Manisanın Akhisar mahalına gələn baş nazir Ərdoğan, buradan da quru yolu ilə Soma mahalındakı mədən ocağı bölgəsinə keçib. Manisa valiliyi tərəfindən yaradılan böhran mərkəzinə keçən Ərdoğan səlahiyyətlilərdən məlumat alıb. Baş nazirlə birgə faciə baş verən əraziyə köməkçiləri Bülent Arınç və Bəşir Atalay, daxili işlər naziri Efkan Al və səhiyyə naziri Mehmet Müezzinoğlu da gəliblər. Ərdoğanın, axtarış-xilasetmə işlərinin davam etdiyi mədən ocağında araşdırmalar aparması gözlənilir.  

Qeyd edək ki, mədəndə baş verən faciə nəticəsində ölənlərin sayının 205-ə çatdığı bildirilir. Mədəndə hazırda 400-ə yaxın işçinin də köməksiz vəziyyətdə qaldığı bildirilir.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı