Səbail rayonundan Milli Məclisə seçilmiş deputat Fuad Muradov rayon seçiciləri ilə görüşüb. Modern.az xəbər verir ki, millət vəkili Bayıl qəsəbəsinin Xanlar və Əlibəyov qardaşları küçəsində yaşayan sakinlərin təkliflərini dinləyib. Burada yaşayan seçicilər bina ilə bağlı bəzi məişət-kommunal məsələləri diqqətə çatdırıblar. Daha sonra Aydın Məmmədov küçəsində yaşayan sakinlərlə görüş keçirilib və deputat ərazidə yerləşən 157 saylı uşaq bağçasına baş çəkib. Bildirilib ki, bağça təmir olunmaq üçün dövlət proqramına salınıb.
Səbail rayonunda aparılan tikinti-quruculuq işlərindən və icra olunan layihələrdən danışan F. Muradov bildirib ki, Bayıl Bakının infrastrukturnda mühüm yer tutur. Səbaildə aparılan bütün tikinti –quruculuqq işlərinin prezident İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi islahatların tərkibində aparıldığını deyib.Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan təklifləri dinlənilib. Deputat bütün qaldırılan məsələlərlə barədə müvafiq strukturlara müraciət edəcəyini vurğulayıb. Sakinlər bu ərazi ilə bağlı qaldırdıqları problemlərin həllində göstərdiyi köməyə görə F.Muradova təşəkkür ediblər.



Modern.az