Modern.az

İsa Qəmbər türk xalqına başsağlığı verdi

İsa Qəmbər türk xalqına başsağlığı verdi

Təhsil

14 May 2014, 16:45


Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyədə mədən faciəsi bağlı başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Türkiyədə baş verən mədən faciəsində ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralıların da ağrı-acısını bölüşürük. Şaxtada qalan digər şəxslərin sağ-salamat xilas olacağına ümid edirik".

Xatırladaq ki, Türkiyə Manisa vilayətində özəl bir şirkətə məxsus mədəndə 2000 metr dərinlikdə baş verən partlayışdan sonra güclü yanğın əmələ gəlib.

Nəticədə 200-dən çox adam həyatını itirib, 350-400 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı