Modern.az

Gürcüstan Avropa Birliyi ilə üzvlük müqaviləsini iyunda imzalayacaq

Gürcüstan Avropa Birliyi ilə üzvlük müqaviləsini iyunda imzalayacaq

Təhsil

14 May 2014, 17:06

Avropa Birliyi ilə Gürcüstan arasında assosiativ üzvlük haqqında müqavilə iyunun 27-də Brüsseldə imzalanacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin sədri Herman van Rompey Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə Tbilisidə keçirdiyi mətbuat konfransında məlumat verib: “Biz azad ticarət zonasının yaradılmasını nəzərdə tutan assosiativ üzvlük haqqında müqavilənin imzalanmasını müzakirə etdik. Saziş iyunun 27-də Brüsseldə Avropa Birliyi dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq. Bu hadisə ölkənizin tarixində yeni mərhələ olacaq. Assosiyasiya haqqında saziş bizim əməkdaşlığımızın son hədəfi olmayacaq”.

Xatırladaq ki, bundan öncə Rompey Molodavaya səfəri zamanı baş nazir Turi Lyankeyə də iyunun 27-də Avropa Birliyi ilə saziş imzalamağı təklif edib.    

Vüqar İSMAYILOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı