Modern.az

Türkiyədəki faciə ilə bağlı dəhşətli xəbər: ölənlərin sayı 350-yə çatıb

Türkiyədəki faciə ilə bağlı dəhşətli xəbər: ölənlərin sayı 350-yə çatıb

Təhsil

14 May 2014, 17:12

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki faciədə bu ana qədər 232 nəfərin öldüyü açıqlanıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri isə partiyanın lideri Kamal Kılıçdaroğluna həyatını itirən işçi sayının artıq 350-yə çatdığını bildiriblər.

Məlumatda qeyd edilir ki, CHP-li vəkillər mədən ocağında bu ana qədər ən azı 350 işçinin həyatını itirdiyini və qaçaq işçilərin sayının təyin oluna bilməməsi səbəbindən ölü sayının daha da arta biləcəyini iddia ediblər.

Hadisə baş verən zaman mədəndə 787 nəfərin olduğu bildirilir. Bu səbbədən də yer altından çıxarılan ölü sayının CHP-li vəkillərin dediyindən də çox olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı