Modern.az

“Birliyə Doğru” ehtiyacı olanlara yadım göstərəcək - Müraciət

“Birliyə Doğru” ehtiyacı olanlara yadım göstərəcək - Müraciət

Təhsil

14 May 2014, 18:24



“Birliyə Doğru” İctimai Birliyi, əməliyyata ehtiyacı olan, müalicəsi üçün maddi imkanı olmayan və bir sıra qayğılardan əziyyət çəkən insanlara və onları tanıyanlara müraciət edib.  
 İctimai Birlikdən verilən məlumata görə, müraciətin səbəbi yardıma ehtiyacı olan insanları tapmaqdır və bu istiqamətdə işlər başlayıb: “Ətrafınızda olan kimsəsiz, yoxsul və əlil insanların problemləri ürəyinizi ağrıdır? Əlinizdən heçnə gəlmədiyini və bu insanlara heç cür kömək edə bilməyəcəyinizi düşünürsünüz? Elə isə bizimlə əlaqə saxlayın”.  
İctimai Birlikdən verilən məlumata görə, təşkilat 100 min manat həcmində büdcəyə sahibdir və sadalanan istiqamətdə ehtiyacı olan insanları tapmaq üçün bu müraciəti edib.  
Qeyd edək ki, bu təşəbbüs yoxsul ailələr, kimsəsizlər, əlillər, internat məktəbi tələbələri və məzunları üçün nəzərdə tutulub.  
“Əgər sizin də ətrafınızda belə insanlar varsa, ətraflı məlumatları (adlarını ünvanlarını, əlaqə nömrələrini və nəyə ehtiyacları olduğunu) yazıb bizim “Feysbuk” səhifəmizə göndərin. Birliyə Doğru İctimai Birliyi müayinə, müalicə və müxtəlif əməliyyatların daxil olduğu tibbi yardımı təmin etməklə bərabər  ərzaq və qida ehtiyacı olanlara yardım göstərməyi də öhdəsinə götürüb”.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı