Modern.az

Jurnalist Pərviz Həşimli məhkəmədə son söz deyib

Jurnalist Pərviz Həşimli məhkəmədə son söz deyib

Təhsil

14 May 2014, 21:22

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimli son sözlə çıxış edib. P.Həşimli təqsirsiz olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirib. Jurnalist üzünü hakimə tutaraq əsl cinayətkarların onun həbsini sifariş edənlər olduğunu deyib.
Onun sözlərinə görə, həbsimə beynəlxalq təşkilatların diqqəti olmasaydı, MTN-in təcridxanasında öldürülə də bilərmiş.

Pərviz Həşimli bildirib ki, günahsız olduğunu sübut etmək üçün kifayətdir qədər faktlar olsa da, məhkəmə onlardan istifadə etməyib.. O, mənzilinə silahın MTN əməkdaşları tərəfindən qoyulduğunu deyib. 
 
Məhkəmə prosesi mayın 15-də davam etdiriləcək. Xatırladaq ki. ötən prosesdə prokuror Pərviz Həşimliyə 9 il həbs cəzası istəmişdi. 
 
Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı