Modern.az

Türkiyədəki faciənin daha bir dəhşəti: əkiz qardaşlar mədəndə yan-yana can veriblər

Türkiyədəki faciənin daha bir dəhşəti: əkiz qardaşlar mədəndə yan-yana can veriblər

Təhsil

14 May 2014, 23:00



Türkiyəni sarsıdan Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən qəzanın daha faciəli məqamları üzə çıxır. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciənin ardından daha bir ürəkləri sızladan hekayə üzə çıxıb.
Məlum olub ki, mədəndə eyni yerdə çalışan əkiz qardaşlar İsmail və Süleyman Çata faciə zamanı can veriblər. Əkiz qardaşlar hərbi xidmətə də eyni vaxtda gediblər, biri Kütahyada, digəri Balıkəsirdə qulluq edib. Soma qəsəbəsinin Bayat kəndindən olan İsamil və Süleyman Çata qardaşları 1982-ci ildə dünyaya gəlmişdilər.

11 il əvvəl eyni gündə mədəndə işləməyə başlayıblar. 4 il əvvəl eyni gündə evləniblər. Əkiz qardaşların mədəndə eyni yerdə çökən torpaq altında qaldırları və yan-yana can verdikləri məlıum olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı