Modern.az

Davudoğlu və onun türkmən həmkarı Bakıya gəlib

Davudoğlu və onun türkmən həmkarı Bakıya gəlib

Təhsil

26 May 2014, 10:19
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Azərbaycan və türkmənistanlı həmkarları ilə görüşmək üçün Azərbaycana gəlib.   Modern.az xəbər verir ki, Ə. Davudoğlunu Heydər Əliyev adına hava limanında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və digər siyasi nümayəndələr qarşılayıb.  

Türkiyə XİN rəhbəri Bakıdakı görüşündə Azərbaycan və türkmənistanlı həmkarları ilə enerji başda olmaqla regional müstəvidə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər.  

 Türkmənistanın XİN başçısı Rəşid Meredov da Azərbaycandadır.  

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə, Türkmənistan XİN başçılarının üçtərəfli formatda görüşü olacaq.   

Ayşən Mönsümlü


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı