Polşa prezidenti Bronislav Komarovski Pyotr Poroşenkonu telefonla Ukraynanın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Komarovski Poroşenkonu iyunun 3-4-də Polşada keçiriləcək kommunist blokunda parlamentə ilk azad seçkilərinin keçirilməsinin 25 illiyi ilə bağlı mərasimə dəvət edib. Həmin vaxt Polşaya ABŞ prezidenti Barak Obama da gələcək. O iyunun 3-də Mərkəzi və Şərqi Avropa ölkələrinin rəhbərləri ilə görüşməlidir. Poroşenko bundan əvvəl də bəyan etmişdi ki, Ukrayna prezidenti seçilərsə ilk xarici səfərini Polşaya edəcək.
Modern.az