Modern.az

Nazim İmanovdan yeni xəbər var

Nazim İmanovdan yeni xəbər var

Təhsil

26 May 2014, 11:23


Modern.az
xəbər verir ki, AMEA İqtisadiyyat İnstitutunda ABŞ-ın Cons Hopkins Universitetinin nəzdindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr ilə görüş keçirilib. Görüşdə institutun alimləri ilə yanaşı, Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov da iştirak edib.

İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov institutda aparılan elmi-tədqiqat işlər və gələcəkdə həyata keçiriləcək layihələr, barədə məlumat verib.

Görüşdə Şərq-Qərb ticarət dəhlizinin tam gücü ilə hərəkətə gətirilməsində Azərbaycanın öz potensialından effektiv istifadəsi üçün yaxın və ortamüddətli perspektivdə reallaşdırıla biləcək elmi problemlərin müəyyən edilməsinin vacibliyi də vurğulanıb.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı