Modern.az

Akademiyanın üzvləri Bakı Ali Neft məktəbində olublar - FOTO

Akademiyanın üzvləri Bakı Ali Neft məktəbində olublar - FOTO

Təhsil

26 May 2014, 11:30

Bakı Ali Neft Məktəbində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının  91-ci  ildönümünə həsr olunmuş, 3 bölmədən (“Neft-qaz və kimya mühəndisliyi”, Fizika və riyaziyyat”,  İnformasiya və  kommunikasiya texnologiyaları”) ibarət  2-ci tələbə elmi-texniki konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 2-ci tələbə elmi-texniki konfransının ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib.

Rektor qeyd edib ki, BANM-in tələbələri artıq digər ali məktəblərdə keçirilən elmi konfranslarla yanaşı,  xarici ölkələrdə təşkil olunan elmi konfranslarda da həvəslə iştirak ediblər. 

Tədbirdə iştirak edən ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsil problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisəsinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda inamlı addımlar atıldığını vurğulamış, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırıb. 

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və AMEA-nın Geologiya İnstitunun “Neft-qaz hasilatı texnologiyası” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Zöhhak Abbasov tələbələri  konfransın keçirilməsi münasibətilə təbrik edib, onların təhsillərinin ilk illərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirmiş, elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab edib və konfransın işinə uğurlar arzulayıblar.

2-ci tələbə elmi-texniki konfransının Təşkilat Komitəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin  Ali təhsildən sonrakı təhsil şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva  konfransın təşkili haqqında qonaqlara ətraflı məlumat  vermiş və gələcəkdə Azərbaycan elminin inkişafında  böyük rol oynayacaq bu gənclərə öz işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra Bakı Ali Neft Məktəbinin 5 tələbəsi Səmədov İnsafəli “Alternativ enerji mənbələri”, Tarverdiya Nərgiz “Ətraf mühitdə sənaye tullantıları-dioksin:bəşəriyyətin təhlükəsi”,  Rzayev Kamran  “Neft-qaz sənayesinin tipik idarə etmə məsələlərinin Lab-VİEW proqramı ilə həlli”, Abbaslı Nərmin “Təbiətdə Fibonaçi ardıcıllığı” və Qələndərli Əhməd “Nüvə bölünməsi enerji mənbəyi kimi” mövzularında ingilis dilində plenar məruzələrlə çıxış etmiş və konfrans işini davam etdirib.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı