Modern.az

BDU-nun kafedra müdiri vəfat edib

BDU-nun kafedra müdiri vəfat edib

Təhsil

26 May 2014, 14:24

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti «Slavyan ölkələri tarixi» kafedrasının müdiri Tofiq Vəliyev bu gün vəfat edib. Modern.az saytının məlumatına görə, professor uzun zaman imiş ki, ürək ağrısından əziyyət çəkirmiş.
Tofiq Vəliyev 1934-cü ildə Ağdamda anadan olub. Mərhumla vida mərasimi bu gün saat 15:00-da Yasamal rayonu Ələkbərov küçəsi, 507-511 bina, 12-ci evdə olacaq.
Allah rəhmət eləsin!

Mərhum T.Vəliyev 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub.  1948 – 1951- ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil alıb.
 1951 – 1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib.
1953 – 1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.
1960 - 1963 –cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alıb.
1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.
 1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçib.
1993-cü ildən bu günədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı