
Ukraynanın yeni hakimiyyətinin əsas prioritetləri Avropaya inteqrasiya, korrupsiyaya qarşı mübarizə və Krımın yenidən Ukraynaya qaytarılması olacaq. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu “ekzit-poll”un nəticələrinə görə hamıdan çox səs toplayan prezidentliyə namizəd Pyotr Poroşenko bəyan edib. Onun fikrincə, Krım məsələsi yeni hakimiyyətin ən təxirəsalınmaz vəzifəsidir: “Krımın Ukraynaya qaytarılması, Krımda yaşayan ukraynalıların müdafiəsi həll olunacaq”.
Modern.az