Modern.az

“Kurtlar vadisi”ndəki Fuadın anasından məktub

“Kurtlar vadisi”ndəki Fuadın anasından məktub

Təhsil

29 May 2014, 08:06

Prezident İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan məhbus Fuad Hüseynovun anası, Ucar rayonu, N.Nərimanov kücəsi ev № 19-da yaşayan Susanə Hüseynovanın müraciət məktubu yayılıb.

 

Modern.az-a daxil olan məktubda ana yazır ki, oğlu, müstəqil jurnalist Fuad Huseynov Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cu iltarixli əfv sərancamı ilə cəza çəkməkdən azad edilib.

 - Ağbircək ananın müraciətini nəzərə alıb oğlum Fuadı əfv edib, bizim ailəyə sevinc bəxş etdiyinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ucar rayonundakı korrupsiya, özbaşınalıq faktlarını ictimailəşdirdiyi ücün Ucar rayon rəhbərliyinin "Kurtlar Vadisi"adlı yaratdıqları cinayətkar dəstənin sifarişi ilə qondarma ittihamla şərlənərək həbs edilmiş oğlum Fuad Ucar rayon Məhkəməsinin  26.09.2011.ci-il tarixli hökmü ilə Acərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 6-il  6-ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdi.

 Fuadın günahsız həbsə atılmasına dözə bilməyən atası infarkt kecirib dünyasını dəyişdi. Bu qanunsuz həbs bütün ailəmizi sarsıtdı. Fuad həbsdə, biz isə azadlıqda cox əziyyət cəkdik.  

 Daima müraciətlərimizi dərc etdiyiniz ücün mətbuata, Fuadın hüquqlarının müdafiəsində fəallıq göstərdikləri ücün hüquq müdafiəciləri Çingiz Qənizadəyə, Novella Cəfərovaya, Səidə Qocamanlıya, Səadət Bənənyarlıya, Oktay Güləliyevə, Abuzər Cəfərliyə, Taleh Xasməmmədova və digər şəxslərə minnətdarlığımı bildirirəm.

Bu adamlar bizə çox kömək göstərdilər. ALLAH bütün məhbusların qapısını açsın.   

 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı