Modern.az

Misirdə feldmarşal prezident oldu

Misirdə feldmarşal prezident oldu

Təhsil

29 May 2014, 09:29

Misirdə mayın 26-dan başlayaraq üç gün davam edən prezident seçkisinin ilkin nəticələri bəlli olub.

“Media forum” saytının məlumatına görə, sabiq müdafiə naziri və ordu komandanı feldmarşal Əbdülfəttah əl-Sisi 93,3 faiz səslə dövlət başçısı seçilib. Onun yeganə rəqibi – sosialist Həmdin Səbahi 3 faiz səs alıb. Bülletenlərin 3,7 faizinin korlandığı bildirilir.  

Misir ordusu ötən il iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb.

Hazırda ölkəni müvəqqəti prezident Ədli Mənsur idarə edir.   Əbdülfəttah əl-Sisi 1954-cü il noyabrın 19-da Qahirədə anadan olub. 1977-ci ildə Qahirə Hərbi Akademiyasını bitirib.  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı