Fələstin Muxtariyyətinin de-fakto paytaxtı Ramallah şəhərinin yaxınlığında yerləşən Bilin kəndində yaşayan Fələstinli qadının gül bağçası qeyri adiliyi ilə diqqəti cəlb edir. Belə ki, o artıq uzun illərdir ki, İsrail əsgərləri və fələstinli gənclər arasında baş verən toqquşmalar zamanı istifadə olunmuş gözyaşardıcı qaz bombalarını toplayaraq onların içərisində gül yetişdirir. Güllərin yetişdirildiyi ərazi 2 il ərzində məhkəmə çəkişməsinə səbəb olub. Belə ki, İsrail tərəfi iki dövləti bir- birindən ayıracaq Təhlükəsizlik divarının bu ərazidən də keçməsini planlaşdırırdı. Lakin məhkəmə qərarı fələstinlilərin xeyrinə oldu. Bombaların dibçəyə çevrilərək içərilərində güllərin yetişdirilməsi əslində hər iki xalqın münaqişədən yorulduğunu göstərir və yaradıcı insanlar üçün geniş imkanlar yaradır. Belə ki. İsrailli rəssam Fələstinli qadının qeyri-adi məşğuliyyəti barədə eşidib, İsrail ərazisinə fələstinlilərin atdığı qanaqlı raketlərin qalıqlarından metalik heykəllər yaradıb. Uzun illərin qarşılıqlı nifrəti bu insanlardakı yaradıcılıq əzmini məhv edə bilməyib.
Modern.az qeyri adiliyi ilə diqqəti cəlb edən gül bağçasından fotoları təqdim edir:





