Modern.az

Metroda “boğulmağ”a davam edəcəyik

Metroda “boğulmağ”a davam edəcəyik

Təhsil

29 May 2014, 10:36


Havaların isti keçməsi metropolitendə gediş-gəlişi dözülməz edib. Saatın pik vaxtlarında isə bir-birini itələyərək vaqonlara minməyə çalışan sərnişinlərin dayanmağa yer tapmağa çətinlik çəkdiyi azmış kimi, istidən adamın nəfəsi də kəsilir. Bir müddət əvvəl metropolitendə yeni, kondisoinerli vaqonların istifadəyə veriləcəyi xəbərləri gündəmi zəbt etsə də, ortada bir şey yoxdur.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a indi metroda yeniliklər gözləməyin tez olduğunu bildirib: “Anlaşma memorandumunun imzalanmasına baxmayaraq, müqavilə imzalanmayıb. Azərbaycan tərəfi nə vaxt, hansı parametrlərlə, neçə ədəd vaqon almağı qərarlaşdıracaqsa, o zaman müqavilə imzalanacaq. Təfərrüatlar hələ bilinmir. Bu səbədən də hər hansı yeni vaqonlardan söhbət gedə bilməz”.

Xatırladaq ki,  Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA” ilə imzalanan memoranduma əsasən Bakı Metropoliteninin istər yeni inşa olunan “Bənövşəyi”, istərsə də əvvəlki (“Yaşıl” və “Qırmızı”) xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonların alınması nəzərdə tutulub.

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı