
Son bir həftə ərzində orduda yoluxucu qızılca xəstəliyinin yayılması nəticəsində əsgərlərin böyük hissəsi hospitala yerləşdirilib. Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, yoluxucu xəstəlik əsgərlərə ünsiyyət vasitəsi ilə keçib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur. “Silahlı Qüvvələrin müalicə müəssisələrinə qızılca diaqnozu ilə heç bir xəstə daxil olmayıb”, – deyə Vaqif Dərgahlı bildirib.
Gültəkin Ələsgər