ABŞ-ın Dövlət katibi Con Kerri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş işçisi Edvard Snoudenə müraciət edərək onu “cəsarətini toplayıb” ABŞ-a geri dönməyə çağırış edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kerri Amerika telekanallarından birinə müsahibəsində Snoudenin geri dönəcəyi təqdirdə şad olacağını dilə gətirib.
“Əgər Snouden bu gün geri dönmək istəsə, biz onun elə bu gün dönməsini təşkil edə bilərik. Biz onun dönməsinə şad olardıq. Vətənpərvər adam belə etməlidir. Rusiyada, Kubada yaxud başqa ölkədə sığınacaq axtarmamalıdır”-deyə Kerri bildirib.
Xatırladaq ki. bundan öncə ABŞ-ın NBC telekanalına müsahibəsində Edvard Snouden ölkəsinin onun şəxsiyyət vəsiqəsini ləğv etməsi səbəbindən Rusiyadan daha uzun müddətə qalmaq üçün siyasi sığınacaq istəmişdi.
Vüqar İsmayılov