Modern.az

AZAL Moskva reyslərinin sayını artırıb

AZAL Moskva reyslərinin sayını artırıb

Təhsil

29 May 2014, 11:39


“Gün ərzində 1500 sərnişin xarici ölkələrə səfər edir. Yay mövsümünün başlaması, havaların istiləşməsi ilə bağlı olaraq sərnişinlərin sayında sıxlıq müşahidə edilir”. Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

AZAL rəsmisi sərnişin sıxlığı ilə bağlı Moskvaya əlavə reyslər açıldığını qeyd edib: “Moskvaya ticarət üçün gedənlər daha çox olur, bunu nəzərə alaraq Rusiya paytaxtına gündə 4 dəfə uçuşlar həyata keçiririk. Müşahidələr göstərir ki, hər zaman iyun ayından  başlayaraq sərnişin artımı daha çox nəzərə çarpır. Moskvadan sonra  Dubay, London, İstanbula uçan reyslərdə də sıxlıq müşahidə edilir, çünki, sərnişinlər daha çox istirahət üçün həmin ölkələrə üz tutur”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı