Modern.az

Çində ölüləri basdırmaq qadağan edildi

Çində ölüləri basdırmaq qadağan edildi

Təhsil

29 May 2014, 18:08



Çində iyunun 1-dən ölən insanlar basdırılmaq əvəzinə yandırılacaqlar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadağa qüvvəyə minməzdən əvvəl Çinin Anhui əyalətində 6 yaşlı adam basdırılmaları üçün intihar edib. Məlumatda qeyd edilir ki, Anhui əyalətində iyunun 1-dən etibarən ölənlərin basdırılmaq yerinə yandırılacağı açıqlanıb. Digər məlumata görə, əvvəlcədən dəfn üçün hazırlanan tabutları da vəzifəlilər camaatın əlindən alaraq parçalamağa başlayıblar.

Xəbərdə tabutları əllərindən alınan yaşlıların psixoloji sarsıntı keçirdiyi üçün intihar etdiyi bildirilsə də, səlahiyyətlilər ölümlərin yeni qaydalarla əlaqəsinin olmadığını vurğulayıblar.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı