Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni prezidentinin andiçmə mərasiminə dəvət olunmayıb. Modern.az bildirir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov məlumat verib. “Vladimir Putinin iş qrafikində Pyotr Poroşenkonun inaqurasiya mərasimində iştirak etmək qeyd olunmayıb”-deyə o bildirib.
Peskov deyib ki, Putin bu barədə dəvət almayıb.
Qeyd edək ki, Ukraynaın yeni prezidenti Pyotr Poroşenkonun andçiməsi iyunun 7-də olacaq.
X. SƏFƏRLİ