Modern.az

Oqtay Əsədov Moskvaya GEDİR

Oqtay Əsədov Moskvaya GEDİR

Təhsil

29 May 2014, 23:00


Polad Bülbüloğlu: "Səfər çərçivəsində Oqtay Əsədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri, baş nazirin müavini Dmitri Roqozinlə də görüşəcək"

Azərbaycan Milli Məclisinin sədrinin Rusiyaya səfərinin tarixi məlum olub. Belə ki, parlament sədri Oqtay Əsədov iyunun 5-6-da Moskvaya səfər edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 


Moskvada "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi masada çıxış edən səfir bildirib ki, Oqtay Əsədovun səfəri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında baş tutacaq: "Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın sədri,  baş nazirin müavini Dmitri Roqozinlə görüşəcək". 

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı