Modern.az

Sinif yoldaşlarını ölümlə hədələyən şagirdlə bağlı AÇIQLAMA

Sinif yoldaşlarını ölümlə hədələyən şagirdlə bağlı AÇIQLAMA

Təhsil

Bu gün, 11:04

Paytaxtda yerləşən 275 nömrəli tam orta məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar səsləndirilib.

İddialara əsasən, şagird ölümlə təhdid etdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 “d” sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb.

“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqda valideynə məlumat verilib. Bununla yanaşı, şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, - açıqlamada vurğulanıb.

Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!