Modern.az

Azərbaycanla Vyetnam arasında birbaşa uçuşlar müzakirə olunub

Azərbaycanla Vyetnam arasında birbaşa uçuşlar müzakirə olunub

Aktual

Bu gün, 12:44

Azərbaycanla Vyetnam arasında birbaşa aviareyslərin açılması Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunqla görüşündə müzakirə edilib.

Modern.az xəbər verir ki, görüş barədə rəsmi məlumatda qeyd olunub:

“Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edildi, tikinti, turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələrimiz arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə olundu”.

Vyetnamın Baş naziri Le Minh Hunq görüşdə iki ölkənin şirkətləri arasında əməkdaşlıqdan da danışıb:

“Hər iki ölkənin bərpaolunan enerji - külək, Günəş enerjisi, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...