Modern.az

Elçin Zahiroğlu: “Mətanət İsgəndərli ilə məhkəməmiz təxirə salındı”

Elçin Zahiroğlu: “Mətanət İsgəndərli ilə məhkəməmiz təxirə salındı”

Təhsil

25 İyun 2014, 14:21


“Bugünkü məhkəmə prosesində vəkilim Elçin Sadıqov vaxt istədi. Çünki vəkillə bu gün müqavilə bağlamışıq”. Bunu Modern.az-a açıqlamasında Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu deyib. “O, işin materialları ilə tanış deyildi. Vəkil hakimdən möhlət istədi və növbəti məhkəmə prosesi iyunun 30-a saxlanıldı”.

Qeyd edək ki, Aznews.az saytında müğənninin narkoman olması ilə bağlı xəbər yayılıb. Müğənni Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək iki jurnalistin – İntiqam Valehoğlu və Elçin Zahiroğlunun böhtana görə Cinayət Məcəlləsinin 147- maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bu gün məsələ ilə bağlı ilkin məhkəmə prosesi keçirilib.

 

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə