Modern.az

Akademiya seçkilərə nəzarəti gücləndirir

Akademiya seçkilərə nəzarəti gücləndirir

Təhsil

25 İyun 2014, 15:52

AMEA-nın müxbir və həqiqi  üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Modern.az rəyasət heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, müvafiq komissiya AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərlə bağlı sənədlərin elmi-texniki və hüquqi ekspertizasını başa çatdırıb. Seçki Rəyasət Heyətinin binasında, böyük konfrans zalında keçiriləcək.

Hazırda zalda seçki prosesinin şəffaflığını və operativliyini təmin etmək məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işləri aparılır. İnformasiya stendləri, seçki qutuları, səsvermə kabinələri, dəftərxana ləvazimatı və digər lazımi vasitələrlə təchizat işləri həyata keçirilir.

 

Elmin Nuri

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!