Modern.az

Daşnaklar helikopterlə Xankəndi aeroportuna endi

Daşnaklar helikopterlə Xankəndi aeroportuna endi

Təhsil

10 İyul 2014, 11:43


Ermənistanın Daşnaksütyun Partiyasının ABŞ-da fəaliyyət göstərən  nümayəndə heyəti və diaspora ermənilərinin bir qrupu Dağlıq Qarabağa səfər ediblər. Modern.az-ın məlumatına görə helikopterlə Xocalı areportunda eniş edən diaspora erməniləri Xankəndi şəhərində separatçıların lideri Bako Saakyanla görüş keçiriblər. Görüşdə Dağlıq Qarabağda həyata keçiriləck investisiya layihələri və mövcud situasiya müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyətininin rəhbəri Viqen Ovsepyan Daşnaksütyun Partiyasının ABŞ-da fəaliyyət göstərən Mərkəzi Komitəsinin sədri və biznesmendir.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!