Modern.az

Yol Polisi: “Koroğlu” metrostansiyasının ətrafındakı tıxac aradan qaldırılıb”

Yol Polisi: “Koroğlu” metrostansiyasının ətrafındakı tıxac aradan qaldırılıb”

Təhsil

31 İyul 2014, 17:24


““Koroğlu” metrostansiyasının yaxınlığında yolda hərəkət tənzmilənib”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qeyd edək ki, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan Yusif Əmirov adlı şəxs intihara cəhd edib. Bu səbəbdən yolda sıxlıq yaranıb. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasediciləri Yusif Əmirovla danışıqlar aparıb və nəticədə intihar məqsədi ilə körpüyə qalxan Y. Əmirov fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.

Faktla bağlı araşdırma aparılır.

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı