
Modern.az saytı xəbər verir ki, Fars agentliyinin saytında “Mirzə Fətəli Axundzadə kimdir?” adlı məqalə (//www.farsnews.com/newstext.php?nn=13930515001584) dərc edilib. Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi realizmin və dramaturgiyanın banisi olan ədibin həyatı və ictimai fəaliyyətinə nəzər salınıb.
Müəllif qeyd edir ki, Axundzadə rus ziyalılarının düşüncələri və Avropa mütəfəkkirlərinin əsərləri ilə tanış idi. Bu, onu bölgə xalqlarının gələcəyinə dair bir sıra ideyaları ortaya atması və dərin məkfurəvi çarpışmaların iştirakçısı etmişdi.
Mirzə Fətəlini Qərb mənşəli liberal ideyaların carçısı kimi səciyyələndirən yazıda ədibin azadlıq və bərabərlik ideyalarını təbliğ edərkən din və milli mədəniyyətlə ziddiyyətdə olması qeyd olunur. Bu ideyaların protestantinizmlə çulğaslaşması ilə yanaşı, həyata keçirmə vasitəsi kimi masonluqdan faydalanma təklifinin irəli sürüldüyü də vurğulanır. Məqalədə deyilir ki, iranlı həmfikiri Mİrzə Melkum xan kimi Mirzə Fətəli Axunzadə də məhz masonluğun təməlində Konstitusiya, parlamentarizm və s. yeniliklərin həyat vəsiqəsi alacağını təbliğ edirdi. Bununla belə, onun maarifçi inkarçılıq fəlsəfəsinin bəzi məqamlarda Şərq xalqları üçün müəyyən qədər faydalı olduğu açıqlanır.
Modern.az