Modern.az

Putin Poroşenko ilə görüşdü - VİDEO

Putin Poroşenko ilə görüşdü - VİDEO

Təhsil

27 Avqust 2014, 00:35

 

Minskdə Rusiya prezidenti Vladimir Putinin və Ukrayna dövlət başçısı Petro Poroşenkonun görüşü başlayıb. Bu haqda Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi ikitərəfli görüş gedir", - deyə Peskov bildirib.

Daha əvvəl Peskov bildirirdi ki, görüş zamanı qaçqınların problemləri, humanitar köməyin çatdırılmasıyla bağlı məsələlər, həmçinin Ukraynanın cənub-şərqində vəziyyət müzakirə edilə bilər.

Daha əvvəl Ukrayna telekanalı “1+1” öz mənbələrinə istinadən bildirmişdi ki, görüş ləğv edilib. Başqa nəşr "Ukrayna həqiqəti" qəzeti öz mənbələrinə istinadən yazırdı ki, ikitərəfli görüş daha sonra Türkiyə prezidentinin inaqurasiyasında keçiriləcək.

İndi Belarus prezidenti Aleksandr Lukaşenko iddia edir ki, çərşənbə günü Minskdə "Ukrayna-Rusiya-ATƏT" formatında görüş keçirə bilər.(anspress.com)

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı