Modern.az

İsraillə Fələstin arasındakı atəşkəsə beynəlxalq REAKSİYALAR

İsraillə Fələstin arasındakı atəşkəsə beynəlxalq REAKSİYALAR

Təhsil

27 Avqust 2014, 09:38


“47 illik işğalı sona çatdıracaq müzakirələr aparılmalıdır”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Qəzzadakı atəşkəsdən sonra deyib.

Dünən İsrail və Fələstin arasında imzalanan atəşkəs dünyada müsbət qarşılanıb. BMT-nin əməkdaşı Stefani Dujarrik hər iki dövlətlə sıx əlaqədə olduqlarını və bu atəşkəsə tam dəstək verdiklərini deyib:

“BMT Qəzzada olan fələstinlilərə humanitar yardım etməyə hazırdır. Qəzzalı və israilli uşaqlar raket səsləri, hava hücumları olmadan məktəbə getməlidirlər”.

ABŞ dövlət katibi Con Kerri bu məsələ ilə bağlı yazılı açıqlama verib: “Qəzzadakı atəşkəs davamlı olmalıdır. Hər iki tərəfi atəşkəs qaydalarına tam riayət etməyə çağırırıq”.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas İsraillə atəşkəsə dair müvəqqəti razılıq əldə olunduğunu açıqlayıb.

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı