Suriyada “İslam dövləti” terror təşkilatı sıralarında vuruşan ABŞ vətəndaşı Duqlas Makasur Makkeyn öldürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu məlumat yayıb.
“Bizə məlum idi ki, Duqlas Makkeyn Suriyada idi. İndi biz təsdiq edə bilərik ki, o öldürülüb”, -deyə Ağ Ev yanında Milli Təhükəsizlik Şurasının nümayəndəsi Keytlin Heyden rəsmi açıqlamasında bildirib.
Makkeynin yaxınlarının sözlərinə görə, o bir neçə il əvvəl İslamı qəbul edib və Türkiyə vasitəsilə Suriyaya keçərək “İlsma dövləti” qruplaşmasına qoşulub. Bundan öncə də amerikalıların Suriyada vuruşmasına dair sübutlar var idi. Bu ilin mayında 22 yaşlı Florida sakini radikallara qoşunlaraq İdlib vilayətində Əsəd qüvvələrinə qarşı kamikadze hücumu həyata keçirmişdi.
Ötən ay isə Denver şəhər sakin olan qadın Suriyada döyüşçülərə qoşulmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəindən həbs olunmuşdu.
Xatırladaq ki, ABŞ ədliyyə naziri Erik Holderin məlumatına görə “İslam dövləti”nin sıralarında 23 min döyüşçü var ki, onların da 7 min nəfəri əcnəbilərdir.
Vüqar İsmayılov