Modern.az

Rusiyada “Ebola” əleyhinə peyvənd hazırlanıb

Rusiyada “Ebola” əleyhinə peyvənd hazırlanıb

Təhsil

27 Avqust 2014, 11:16


“Ebola” virusuna qarşı təcrübi peyvənd hazırlamışıq və bu peyvəndin ilk sınaqları müsbət nəticə verib”. Modern.az-ın məlumatına görə bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova “ RİA Novosti” agentliyinə danışıb.  

Onun sözlərinə görə, rusiyalı mütəxəssislər Qvineyadan qayıdıblar”. Bu xəstəlik və onun yaranmasında iştirak edən virus haqqında araşdırmalar aparıblar. Əlimizdə klinikadan əvvəl təcrübədən keçmiş və müsbət nəticə göstərmiş peyvənd var. Hazırda peyvənd üzərində yoxlamalar aparılır. Ümid edirik ki, bu müvəffəqiyyətlə nəticələnəcək”.  

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günə qədər “Ebola” virusuna 2615 nəfər yoluxub. Onlardan 1427-si həyatını itirib.  

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı