Modern.az

Separatçıların “spikeri”: “Qarabağa əhalinin köçürülməsi davam edir”

Separatçıların “spikeri”: “Qarabağa əhalinin köçürülməsi davam edir”

Təhsil

27 Avqust 2014, 12:06


Qondarma “Dağlıq Qarabağ Respublikası”nın spikeri Aşot Qulyan jurnalistlərlə görüşü zamanı işğal olunmuş Azərbaycan torpaqlarında süni məskunlaşdırmanın davam etdirildiyini bildirib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o hər il yüzlərlə erməninin Ermənistandan Qarabağ köçdüyünü xatırladıb:

“Dağlıq Qarabağın demoqrafik inkişaf planına uyğun olaraq ərazilərə əhalinin köçürülməsi prosesini ardıcıl davam etdirməliyik. Biz bir neçə min ermənini əraziyə köçürmək istəsək də maliyyə problemləri səbəbindən proses ləng gedir”.

O əlavə edib ki, Qarabağa yezidi kürdlərinin köçürülməsi də planlaşdırılır: “Yezidi kürdlərinin Qarabağ köçürülməsi humanitar məqsədlərlə edilir. Geniş miqyaslı köçürülmə aparılmayacaq və ona görə də əhalinin milli tərkibində əsaslı dəyişikliyə səbəb olmayacaq”.  

Vüqar İsmayılov 

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!