Modern.az

Bakıda keçmiş məhkum silahla tutuldu

Bakıda keçmiş məhkum silahla tutuldu

Təhsil

27 Avqust 2014, 12:47


Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vyaçeslav Şapovatovdan “AKSU” markalı silah, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilərək götürülüb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də ov tüfəngindən atəş açıb Emil Bayramova qol nahiyəsindən xəsarət yetirmiş Saray qəsəbə sakini Əli Əliyev tutulub və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də saxlanılan Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanova “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulan diski satan Bakı şəhər sakini Şahin Quliyev tutulub.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı