Modern.az

45 milyon üzvü olan təşkilatın nümayəndələri Qarabağa gəlib

45 milyon üzvü olan təşkilatın nümayəndələri Qarabağa gəlib

Təhsil

27 Avqust 2014, 13:29

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə daha bir xarici qurum qanunsuz səfər təşkil edib. Modern.az xəbər verir ki, “Xristian Yeniyetmələri Assosiyası”nın nümayəndə heyəti Xankəndidə separatçı rejimin rəsmləri ilə, o cümlədən “spiker” Aşot Qulyanla görüşüblər.

Görüşdə dünya xristianlarının birliyi və Dağlıq Qarabğ münaqişəsində hazırki vəziyyət müzakirə olunub. “Xristian Yeniyetmələri Assosiyası” gələcəkdə Qarabağı Avropada təbliğ edəcəyinə və regiona yeni səfərlər təşkil edəcəyinə təminat verib.

Xatırladaq ki, 1844-cü ildə Londonda əsası qoyulan “Xristian Yeniyetmələri Assosiyası” dünyanın 130 ölkəsindən 45 milyon gənci ətrafında birləşdirir.

 

Vüqar İsmayılov 


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı