Modern.az

Təhsil İdarəsi: “73 saylı məktəbin bağlanması xəbəri doğru deyil”

Təhsil İdarəsi: “73 saylı məktəbin bağlanması xəbəri doğru deyil”

Təhsil

27 Avqust 2014, 14:10

“73 saylı məktəbin bağlanması məsələsi həqiqətə uyğun deyil. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən məktəb təmir olunmalıdır. Lakin bu tədris ilində təmir nəzərdə tutulmayıb”.

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Qeyd edək ki, Modern.az saytına Nərimanov rayonundakı 73 saylı orta məktəbin bağlanması xəbəri daxil olub. Məlumatda məktəbin bağlanmağı ilə bağlı valideynlər və müəllimlərə xəbərdarlıq olunduğu da deyilir. Valideynlər bu səbəbdən narahatdırlar.  

Misranə Həsənzadə  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı