Modern.az

Kaliforniya Senatı “DQR”in tanınması haqda qətnaməyə baxacaq

Kaliforniya Senatı “DQR”in tanınması haqda qətnaməyə baxacaq

Təhsil

27 Avqust 2014, 14:39


ABŞ-ın Kaliforniya ştatının Senatı avqustun 27-də separatçıların elan etdiyi “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnaməni müzakirəyə çıxarıb səsvermə keçirmək niyyətindədir.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Erməni Milli Konqresinin (EMK) ABŞ-ın qərb regionundakı bölməsindən məlumat verilib. EMK Amerika ermənilərinə onların dairələrindən seçilən Kaliforniya senatorlarına bu qanun layihəsinə dəstək vermək üçün müraciət etməyə də çağırıb.

Xatırladaq ki, Kaliforniyanın qanunverici orqanı bu il mayın 8-də “DQR”in tanınması ilə bağlı qətnaməni qəbul edib.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı