Modern.az

Bakcell şirkəti Çimərlik Futbolu üzrə Avropa Kubokunun sponsoru oldu

Bakcell şirkəti Çimərlik Futbolu üzrə Avropa Kubokunun sponsoru oldu

Təhsil

27 Avqust 2014, 18:09

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu ilə 28-31 avqust 2014- cü il tarixlərində Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turniri keçiriləcək. Turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edəcək.

Turnir oyunları Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında keçiriləcək. Azarkeşlər üçün giriş pulsuzdur. Bakcell şirkəti milli komandamıza uğurlar arzu edir və bütün həmyerlilərimizi millimizə dəstək olmağa çağırır. Bakcell şirkəti Azərbaycanda futbolun inkişafına böyük diqqət və qayğı ilə yanaşır və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əməkdaşlığı çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirir.

  Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı