Modern.az

Yeni baş nazir Davudoğlu danışdı: “Millətin adamları tükənməyəcək”

Yeni baş nazir Davudoğlu danışdı: “Millətin adamları tükənməyəcək”

Təhsil

27 Avqust 2014, 18:22


Xarici işlər naziri Əhməd Davudoğlu 1245 nümayəndənin imzası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri yerinə namizəd göstərilib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davudoğlu partiyanın rəhbəri üçün tək namizəd olaraq girdiyi AKP-nin 1-ci fövqəladə böyük konqresində çıxış edib.

Davudoğlu çıxışında 9 maddəlik manifestini açıqlayıb. Yeni baş nazir çözüm müddəti, paralel quruluşla mübarizə, iqtisadiyyat, mədəniyyət, əxlaqla bağlı 9 maddəni sadalayıb: “İndi millətin adamı prezidentlik mövqeyindədir, amma millətin adamları tükənməyəcək. Yeni Türkiyənin inşasının ikinci müddəti başlayır. Əgər bir cəmiyyətdə aidiyyət şüuru zəifləmişsə, o dövlətin ayağa qalxması mümkün deyil”. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı