Modern.az

“Poroşenkonun Putinlə görüşdən sonra mövqeyində dəyişiklik yoxdur”- AÇIQLAMA

“Poroşenkonun Putinlə görüşdən sonra mövqeyində dəyişiklik yoxdur”- AÇIQLAMA

Təhsil

27 Avqust 2014, 21:31

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə Minskdə görüşdən sonra da rəsmi Kiyevin Avropa Birliyinə inteqrasiyasını davam etdirmək niyyətindədir.

Modern.az saytının məlumatına görə bu bəyanatla Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeriy Çalıy çıxış edib.

O bildirib ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini təxirə salmayacaq. “Müzakirələrin kifayət qədər gərgin olmasına baxmayaraq, Ukrayna prezidentinin mövqeyi dəyişməz və dəqiqdir. Ukrayna sentyabr ayında Avropa Birliyi ilə assosiasiya sazişini təsdiq edəcək”.  

Qeyd edək ki, avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko  Gömrük İttifaqına daxil olan ölkələrin prezidentləri ilə görüşü çərçivəsində  Rusiya dövlət başçısı Vladimir Putinlə təkbətək görüşüb.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı