Modern.az

Amerikadakı seçkilərdə respublikaçılar qalib gəldi

Amerikadakı seçkilərdə respublikaçılar qalib gəldi

Təhsil

5 Noyabr 2014, 11:37


ABŞ Senatına keçirilən seçkilərdə Respublikaçılar Partiyası qalib gəlib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2006-cı ildən bəri ilk dəfə respublikaçılar Senatda çoxluq əldə ediblər. ABŞ Konqresinin yuxarı palatasına seçkilərdə əvvəllər Demokratlar Partiyasına məxsus 6 senator kürsüsünü ələ keçirən respublikaçılar, beləliklə, palatadakı 100 yerdən 51-nə sahib olublar. Tom Tillisin Şimali Karolinadakı seçkilərdə demokrat Key Heqana qalib gəlməsi qələbədə həlledici rol oynayıb.

Senatdakı respublikaçılar fraksiyasının rəhbəri Mitç Makkonell isə səsverməni “Barak Obamaya olan etimad referendum”u adlandırıb.  

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!