Modern.az

MİQ-də iştirak edən müəllimlərə CAVAB VERİLDİ

MİQ-də iştirak edən müəllimlərə CAVAB VERİLDİ

Təhsil

2 İyul 2026, 15:32

Elm və Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə qatılan namizədlərə cavab gəlib.

Modern.az xəbər verir ki, MİQ-ə ərizə verən namizədlərin təhsil sənədləri, şəxsi məlumatları və digər zəruri sənədlərinin emalı yekunlaşıb.

Nazirlikdən namizədlərin şəxsi kabinetinə göndərilən cavabda kimlərin MİQ-ə buraxıldığı, kimlərin buraxılmadığı açıqlanıb.

Qeyd edilib ki, elektron ərizəsi yoxlanıldıqdan sonra MİQ-də iştirakı təsdiqlənən namizədlərə müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə yeni məlumat veriləcək,

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov Modern.az-a bildirib ki, bu həftə ərzində MİQ imtahanlarının tarixi ictimaiyyətə açıqlanacaq.

Agentlik rəhbərinin sözlərinə görə, cari ildə imtahan üçün 40 mindən çox namizəd qeydə alınıb.

Xatırladaq ki, MİQ-ə elektron sənəd qəbulu mərhələsi 3 iyunda başlayıb, 10 iyunda yekunlaşıb.

Nazirlər Kabinetinin qərarına əsasən, MİQ müsabiqəsi bu ildən ödənişli əsaslarla həyata keçirilir və iştirak rüsumu 60 manat müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?