Modern.az

“Birleşen Gönüller”in Qala premyerası olacaq

“Birleşen Gönüller”in Qala premyerası olacaq

تحصیلات

18 Noyabr 2014, 10:39

Noyabrın 20-də türk rejissoru Hasan Kiraç rejissoru olduğu “Birleşen Gönüller” filminin Qala-premyerası keçiriləcək. Həmin gün “28 Cinema” türk filmləri həvəskarları  üçün qapılarını açacaq.

“Birleşen Gönüller” filmi İkinci dünya müharibəsi dövründə  həyatın əsas hissələrindən olan sevgi ilə yaşamış insanlar haqqındadır. Nümayiş olunan sevgi tarixçəsi 1940-cı ildən başlayır və indiki dövrə qədər davam edir. O onların ürəyində böyük sevginin tikintisi ilə məşğuldur. Film fədakar insanların əhvalatıdır, hansıları ki, böyük ekranda canlandırmaq mümkün olub. Bu təkcə sevgi tarixçəsi deyil, həmçinin Rusiyanın və Türkiyənin tarixidir.

Tədbirdə filmin baş rollarında çəkilən Hande Soral və Serkan Şenalp ilə yanaşı filmin yaradıcı heyəti də iştirak edəcək. Hər kəs noyabrın 20-də “28 Cinema”da ulduzların iştirakı ilə keçiriləcək premyeranın açılışına dəvətnamələr əldə edə bilər.

Dəvətnamələrin qiyməti 10 AZN-dır və yalnız kinoteatrın kassalarından əldə etmək olar. Dəvətnamələrin sayı məhduddur.

Film haqqında daha ətraflı məlumatı //www.28cinema.az/film/birleen-gnller-trk/ saytından əldə etmək olar.



F.Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı