Bu gün Milli Məclisin növbəti iclası başlayıb. Modern.az saytının məlumatına görə, üç gün davam edəcək iclaslarda 2015-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunacaq. İclas başlayanda spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda makroiqtisadi göstəriciləri yüksək səviyyəyə qalxıb. Onu sözlərinə görə, 2015-ci il dövlət büdcə layihəsi dünyada gedən mənfi siyasi-iqtisadi proseslər nəzərə alınmaqla hazırlanıb.
Noyabrın 18, 19 və 20-də keçiriləcək iclasların gündəliyinə aşağıdakı məsələlər daxildir
1. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aqşin KƏRİMOV