Modern.az

Öldürdüyü adamın arvadı ilə evləndi

Öldürdüyü adamın arvadı ilə evləndi

Təhsil

18 Noyabr 2014, 14:30


Türkiyədə itkin atalarının qatili Məhmət Eraya 18 il boyunca “ata” deyən qardaşlar böyük sarsıntı keçirib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Samsunun Təkkəköy mahalında 18 il əvvəl yoxa çıxan 3 uşaq atası Şaban Bayrinin cəsədinin keçən həftə tapılması böyük bir dramı ortaya çıxarıb. Bayrini öldürüb yandırandan sonra tarlaya basdıran Məhmət Eray, hadisədən 3 ay sonra onun yoldaşı Həbibə Bayriylə evlənib. İllərcə “ata” dedikləri Məhmət Erayın, öz atalarının qatili olduğunu öyrənən Sevda (27), Selda (22) və Gökhan Bayri (19) şok olub. Sevda Bayri “Anam, atam ortadan itdikdən sonra 3 uşaqla ortada qaldıq. Mən o zaman 9 yaşında idim. Atamın qohumları bizə sahib çıxmadı. O qatil bizə sahib çıxdı. Hər cür köməyimizə çatdı. O adam atamı basdırdığı tarlada anamı, bacımı və məni illərcə işlədib. İllərcə atamın məzarının üzərinə qarğıdalı, tütün və kartof əkmişik. Bir insan necə bu qədər soyuqqanlı ola bilər. Biz illərcə bu adama “ata” deyə sarıldıq. Sən demə, bunları anamda gözü olduğu üçün edirmiş”, -  deyib. 

Qardaşı Gökhanın iki il əvvəl zəhərli maddə içərək intihara cəhd etdiyini, o zamandan bəri yataq xəstəsi olduğunu söyləyən Sevda və Selda Bayri, Məhmət Erayın 2001-ci ildə bir gecə sərxoş olarkən cinayəti analarına etiraf etdiyini, analarının polis bölməsinə şikayətə getdiyini, ancaq daha sonra qaynı tərəfindən “Uşaqlarını öldürərəm” deyə təhdid edildiyi üçün şikayətini geri çəkdiyini söyləyib.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı