Modern.az

Eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

Eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

Təhsil

28 Noyabr 2014, 16:36


Milli Məslisin  Sosial siyasət komitəsi tərəfindən eynəklərlə bağlı yeni qanun layihəsinin hazırlanmasına başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat  Hadi Rəcəbli bildirib.   Onun sözlərinə görə adıçəkilən qanun layihəsinin "Optika haqqında" adlandırılması nəzərdə tutulsa da, sonradan bu fikirdən daşınılıb.

"Bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması gözlənilir. Onu da deyim ki, bu gün ölkə əhalisinin tən yarısı eynəklərdən, gözlüklərdən, linzalardan istifadə edir. Bəzən də həmin eynəklərin, gözlüklərin həkim məsləhəti olmadan və normalardan kənar taxılması bəzi digər xəstəliklərin yaranmasına səbəb olur. 

İlk baxışda elə bilirsən ki, bu xəstəlik sinir gərginliyindən, əsəbdən törənib, ancaq sonra məlum olur ki, bunun kökündə eynəklərdən düzgün istifadə edilməməsi dayanır. Ona görə də bu yöndə qanun layihəsinin hazırlanmasına başlamışq və onu ən azı  qarşıdan gələn yaz sessiyasının ilkin müzakirələrinə çıxarmağı düşünürük", -deyə Hadi Rəcəbli söyləyib.

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı