Azərbaycanda "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında" yeni qanun layihəsi hazırlanması planlaşdırılır. Modern.az saytının məlumatına görə bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli məlumat verib. Onu sözlərinə görə bu istiqamətdə ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulur.
Milli Məclis üzvü bildirib ki, ilkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənib hazırlanması məqsədəuyğun sayılıb:
"Əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni bir qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq”.
Modern.az